İran, viza problemləri səbəbindən 2026-cı il Dünya Çempionatını buraxa bilər
İranın futbol üzrə milli komandasının 2026-cı il Dünya Çempionatında iştirakı, turnirin başlamasına cəmi 28 gün qalmış təhlükə altına düşüb.
Oxuməni.az “RMC Sport”-un məlumatına istinadla xəbər verir ki, İran Futbol Federasiyasının prezidenti Mehdi Tac, milli komandanın heç bir üzvünün hələ də ABŞ vizası almadığına dair ciddi narahatlığını ifadə edib. Yaxın Şərqdəki geosiyasi gərginliyin artması və 1980-ci ildən bəri Tehranla Vaşinqton arasında diplomatik münasibətlərin olmaması vəziyyəti daha da çətinləşdirir.
İran Futbol Federasiyasının rəhbəri yaxın günlərdə FİFA ilə həlledici görüş keçirəcəyini, bu görüşdə viza məsələsinin həlli üçün zəmanət tələb edəcəyini bildirib. FİFA prezidenti Canni Infantino, İranın ABŞ-dakı oyunlarını cədvələ uyğun keçirəcəyi barədə verdiyi vədlərə baxmayaraq, lazımi sənədlərin alınmasında hələ də real irəliləyiş müşahidə olunmur.
Gələn bazar ertəsi, mayın 18-də komandanın barmaq izlərini götürmək və turnir öncəsi təlim-məşq toplanışına başlamaq üçün Ankaraya yollanacağı gözlənilir. Gecikmələr davam edərsə, İranın turnirdə iştirakı təhlükə altına düşə bilər.
Almaz Həsənli

























































































