Dördqat dünya çempionu Kaori Sakamoto ailə qurub
Yaponiyadan olan fiqurlu konkisürmə üzrə dördqat dünya çempionu Kaori Sakamoto evləndiyini açıqlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Kyodo” Xəbər Agentliyi məlumat verib.
Ərinin adı açıqlanmayıb.
"Bir açıqlama vermək istərdim. Yaxın günlərdə evləndim. Gələcək həyat yoldaşımla kollecdə tanış oldum. Biz eyni yaşdayıq. O, mənim tam əksimdir: həmişə sakitdir və hər şeyi yaxşıca düşünür, amma heç vaxt əylənməyi unutmur. O, fiqurlu konkisürmə ilə məşğul olmur", - “Kyodo” Agentliyi Sakamotodan sitat gətirib.
26 yaşlı Sakamoto 2026-cı il Dünya Çempionatında qalib gəldikdən sonra karyerasını başa vurub.
Onun həmçinin üç gümüş və bir bürünc Olimpiya medalı var.
Almaz Həsənli
Digər xəbərlər


































.jpg)

.jpg)






















































