Joze Mourinyo "Real Madrid"in yeni baş məşqçisi oldu

Joze Mourinyo "Real Madrid"in yeni baş məşqçisi oldu

16:05
Bəyəndim (2) Bəyənmədim (0)


Benfika"nın baş məşqçisi Joze Mourinyo Madridin "Real" klubuna başçılıq edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər razılığa gəliblər və transfer tamamilə yekunlaşıb. Portuqaliyalı mütəxəssisin təyinatı barədə rəsmi elan gələn həftə veriləcək.
Xatırladaq ki, hazırda paytaxt klubuna mövsüm ərzində Xabi Alonsonu əvəz etmiş Alvaro Arbeloa rəhbərlik edir.
Xatırladaq ki, Joze Mourinyo daha əvvəl də "kral klubu"nu çalışdırıb. O, 2010-2013-cü illərdə "Real Madrid"in baş məşqçisi olub.
Daha" əvvəl KİV-lər "Real Madrid"in "Benfika"ya altı milyon avro təzminat ödəyəcəyi barədə məlumat yayıb.
Almaz Həsənli