Avropa Liqası və Konfrans Liqasının finalçıları müəyyənləşib
Bu gecə UEFA Avropa Liqasının yarımfinal mərhələsinə yekun vurulub. “Aston Villa” (İngiltərə) və “Frayburg” (Almaniya) Avropa Liqasının finalına vəsiqə qazanıblar.
Oxuməni.az xəbər verir ki, Birminhemdə “Aston Villa” “Nottingem Forest” komandasını 4-0 hesabı ilə məğlub edib (ilk oyun 0-1 hesabı ilə başa çatıb). “Frayburg” Almaniyada “Braga” komandasını 3-1 hesabı ilə məğlub edib (ilk oyun 1-2 hesabı ilə başa çatıb). "Aston Villa"nın baş məşqçisi Unai Emeri bu yarışda 5-ci dəfə çempionluq (daha əvvəl "Sevilya" ilə 3, "Vilyarreal" ilə 1 dəfə) qazanmaq üçün mübarizə aparacaq.
Konfrans Liqasında “Kristal Palas” (İngiltərə) “Şaxtyor” Donetsk (Ukrayna) komandasını 3-1 hesabı ilə məğlub edib (ilk oyun 2-1 hesabı ilə başa çatıb). “Rayo Valyekano” (İspaniya) səfərdə “Strasburq”u 1-0 hesabı ilə məğlub edib (ilk oyun 1-0 hesabı ilə başa çatıb).
Beləliklə, UEFA Konfrans Liqasının finalında “Kristal Pelas” və “Rayo Valyekano” komandaları qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasının finalı 20 mayda İstanbulda, "Beşiktaş"ın ev sahibliyi etdiyi "Tüpraş" stadionunda keçiriləcək. Həlledici matç yerli vaxtla saat 23:00-da başlayacaq.
Konfrans Liqasının həlledici oyunu 27 mayda Almaniyanın Leyptsiq şəhərində yerləşən “Red Bull Arena”da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Almaz Həsənli






















.jpg)

.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)



























































