Parisdə "Bavariya" ilə oyundan sonra 127 PSJ azarkeşi həbs edilib

Parisdə "Bavariya" ilə oyundan sonra 127 PSJ azarkeşi həbs edilib

13:19
Bəyəndim (2) Bəyənmədim (0)

"Paris Saint-Germain" azarkeşləri Çempionlar Liqasının yarımfinalında " Bavariya " üzərində qələbə qazandıqdan sonra iğtişaşlar törədiblər. Oxuməni.az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat verib.

Final fitindən sonra azarkeş qrupları küçələrə axışıb. Etirazçılar bir neçə avtomobili yandırıb və mağazalara hücum etməyə cəhd ediblər. Toqquşmalarda 34 nəfər yaralanıb, onlardan 23-ü hüquq-mühafizə orqanlarının əməkdaşları olub. Ümumilikdə 127 nəfər saxlanılıb.

Xatırladaq ki, Almaniyanın "Münhen Arena"sında keçirilən oyun 1-1 hesabı ilə başa çatıb.

2025-ci ildə Fransa klubu Çempionlar Liqasını qazandı və bu, Parisdə iki nəfərin ölümünə və 192 nəfərin yaralanmasına səbəb olan iğtişaşlara səbəb oldu. O vaxt 426 nəfər həbs edildi.

Almaz Həsənli