"PSJ" tarixində üçüncü dəfə Çempionlar Liqasının finalına yüksəldi

"PSJ" tarixində üçüncü dəfə Çempionlar Liqasının finalına yüksəldi

10:11
Bəyəndim (1) Bəyənmədim (0)


Çempionlar Liqasının 2025/2026 mövsümünün yarımfinal mərhələsinin cavab oyunu başa çatıb. Oyunda Almaniyanın "Bavariya" klubu ilə Fransanın "PSJ" klubu üz-üzə gəlib. Oyun "Arena Myunhen" stadionunda keçirilib. Baş hakim Joau Pedru Pineyru olub.
Oxuməni.az xəbər verir ki, "PSJ" tarixində üçüncü dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Bu, Paris klubunun Myunhen "Bavariya"sı ilə (1:1) heç-heçə oynamasından sonra baş verib.
Oyunda ilk qolu 3-cü dəqiqədə parisli hücumçu Usman Dembele vurub. Oyunun sonunda, 90+4-cü dəqiqədə "Bavariya"nın hücumçusu Harri Keyn hesabı bərabərləşdirib.
Daha əvvəl "PSJ" turnirin finallarında 2019/2020 və 2024/2025 mövsümlərində iştirak edib. Paris klubunun bir qələbəsi və bir məğlubiyyəti var.
Bu mövsümdə myunhenlilər və parisliilər arasındakı ilk oyun Fransa paytaxtında keçirilib və Luis Enrikenin komandasının 5:4 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, "PSJ" Çempionlar Liqasının finalına vəsiqə qazanıb və orada London "Arsenal"ı ilə qarşılaşacaq.
Turnirin bu mövsümünün finalı Budapeştdəki "Puşkaş Arena" stadionunda keçiriləcək. Yarışın həlledici oyunu 30 may 2026-cı ildə baş tutacaq.
Çempionlar Liqasının hazırkı qalibi "PSJ"-dir. Keçən ilin finalında onlar "İnter"i 5:0 hesabı ilə məğlub ediblər.
Almaz Həsənli