Avromed-in rəsmi distribütoru olduğu Uriage və Doppelherz, Push30-un sağlamlıq tərəfdaşına çevrildi
Aprelin 25-də Bakı bulvarında idman həvəskarlarını bir araya gətirən səhər qaçışı təşkil olunub. “Avromed Company” MMC-nin rəsmi tərəfdaşlığı, “Push30 Community” və “Ultra and Trail Runners” komandasının təşkilatçılığı ilə keçirilən tədbir paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Saat 11:00-da Ağ Şəhər bulvarının girişindən start götürən iştirakçılar 5,5 kilometrlik məsafəni uğurla tamamlayıblar.
Qaçışın finiş nöqtəsi olan “Kenny’s Baku” məkanında iştirakçılar üçün xüsusi qarşılama təşkil olunub. Tədbir çərçivəsində “Avromed Company” MMC tərəfindən iştirakçılara şəxsi qulluq və sağlamlıq məhsullarından ibarət hədiyyələr təqdim edilib. Hədiyyələrə Avropanın “Doppelherz” brendinə aid qida əlavələri və topik məhsullar, eləcə də Fransanın “Uriage” brendinin dermokosmetik vasitələri daxil olub.
Tədbirdə həm “Push30” icmasının üzvləri, həm də şəhər sakinləri iştirak edib. Bu cür təşəbbüslər cəmiyyətdə aktiv həyat tərzinin təşviqi baxımından mühüm rol oynayır.
“Avromed Company” MMC olaraq qeyd edirik ki, sosial əhəmiyyətli layihələrə dəstək verməkdə əsas məqsədimiz sağlam və rifah yönümlü cəmiyyətin formalaşmasına töhfə verməkdir. Şirkətimiz bundan sonra da sağlam həyat tərzini təşviq edən təşəbbüslərdə fəal iştirak etməyə davam edəcək.
Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən “Avromed Company” MMC Azərbaycanda əczaçılıq sektorunun aparıcı distribüterlərindən biridir. Şirkət 40-dan çox ölkədən 200-dən artıq tərəfdaşla əməkdaşlıq edir və ölkə üzrə aptek, klinika və xəstəxanaları fasiləsiz şəkildə sağlamlıq məhsulları ilə təmin edir.
Murad Şahməmmədov










































































.jpg)













