Azərbaycanda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

Azərbaycanda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

13:59
Bəyəndim (3) Bəyənmədim (0)


Bu gün Bakıdakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa Kuboku start götürür. Turnir mayın 3-dək davam edəcək. Yarışların proqramı Bakı vaxtı ilə saat 12:00-da başlayacaq, saat 18:00-da isə açılış mərasimi planlaşdırılıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
194 gimnast 32 ölkədən fərdi və qrup hərəkətləri üzrə medallar uğrunda mübarizə aparacaq. Turnir açıq xarakter daşıdığı üçün Avropa ölkələrindən başqa, Özbəkistan, Venesuela, Suriya, Hindistan, Qvatemala və Kosta-Rika təmsilçiləri də iştirak edəcəklər.
Beynəlxalq Gimnastika Federasiyasının (World Gymnastics) qərarına əsasən, Rusiya və Belarusdan olan idmançılar neytral statusda yarışlara buraxılıblar. Ümumilikdə, ərizəyə 10 belə gimnast daxildir. Onlar fərdi çoxnövçülük, qrup proqramları və gənclər kateqoriyasında çıxış edəcəklər.
Yarışların ilk günü gənclərin çıxışları olacaq. Bu intizarda Azərbaycanı Azadə Atakişiyeva təmsil edəcək.
Almaz Həsənli