Kriştianu Ronaldu peşəkar karyerasında 970-ci qolunu vurub

Kriştianu Ronaldu peşəkar karyerasında 970-ci qolunu vurub

13:06
Bəyəndim (2) Bəyənmədim (0)


Portuqaliyalı hücumçu “Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasında 970-ci qolunu vurub. O, Səudiyyə Ərəbistanının Pro-Liqasının 30-cu turunda “Əl-Əhli”yə qarşı oyunun 76-cı dəqiqəsində fərqlənib. Komandalar “Əl-Əvvəl Park” stadionunda (Ər-Riyad, Səudiyyə Ərəbistanı) qarşılaşıblar.
Oxuməni.az xəbər verir ki, Ər-Riyad görüşü 2:0 hesabı ilə başa çatıb. Qolları Kriştianu Ronaldu və Kinqsli Koman vurublar.
Ronaldu 2023-cü ildən bəri “Əl-Nəsr”in şərəfini qoruyur. Cari mövsümdə 41 yaşlı hücumçunun Pro-Liqada 26 oyunda 25 qolu və 2 məhsuldar ötürməsi var.
“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində birinci yerdədir. Komandanın 30 oyunda 79 xalı var. İkinci yerdə olan və bir oyunu az olan “Əl-Hilal”dan fərq səkkiz xaldır.
Almaz Həsənli