PSJ və "Bavariya" yarımfinalda doqquz qol vuraraq Çempionlar Liqasının rekordunu müəyyənləşdirdi

PSJ və "Bavariya" yarımfinalda doqquz qol vuraraq Çempionlar Liqasının rekordunu müəyyənləşdirdi

10:39
Bəyəndim (1) Bəyənmədim (0)


Parisdə, "Park de Prens" stadionunda Çempionlar Liqasının ilk yarımfinal matçı keçirilib. Bu oyunda PSJ "Bavariya"nı qəbul edib. Matçda doqquz qol vurulub və ev sahibi komanda 5:4 hesabı ilə qalib gəlib.
Oxuməni.az xəbər verir ki, qaliblərin heyətində gürcüstanlı hücumçu Xviça Kvaratsxeliya (24 və 56-cı dəqiqələr) və fransalı cinah oyunçusu Usman Dembele (45+5 və 59-cu dəqiqələr) dubl edib. Dembele ilk qolunu penaltidən vurub. Digər qolu isə portuqaliyalı yarımmüdafiəçi Joau Neveş (33-cü dəqiqə) vurub.
Qonaqların heyətində isə ingilis hücumçu Harri Keyn (17-ci dəqiqə, penaltidən), fransız forvard Maykl Olise (41-ci dəqiqə), fransız müdafiəçi Dayo Upamekano (65-ci dəqiqə) və kolumbiyalı cinah oyunçusu Luis Dias (69-cu dəqiqə) fərqləniblər.
“Opta” statistik portalının məlumatına görə, bu matç Çempionlar Liqasının yarımfinal tarixində ən məhsuldar oyun olub. Bundan əlavə, bu mərhələdə ilk dəfədir ki, fasiləyə qədər beş qol vurulub.
Komandalar arasında cavab oyunu mayın 6-da Münhendə keçiriləcək. İki oyunun nəticəsinə görə qalib gələn komanda finalda iştirak edəcək. Həlledici matça digər vəsiqəni isə İspaniyanın "Atletiko" (Madrid) və İngiltərənin "Arsenal" (London) komandaları uğrunda mübarizə aparacaq.
Almaz Həsənli