2026-cı il Dünya Cempionatında sarı vərəqələr qrup mərhələsindən və dörddəbir finaldan sonra ləğv ediləcək
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2026-cı il Dünya Cempionatı zamanı toplanmış sarı vərəqələrə görə diskvalifikasiya qaydalarını dəyişdirmək niyyətindədir. Oxuməni.az xəbər verir ki, bu barədə “BBC Sport” məlumat verib.
Mənbənin məlumatına görə, iştirakçıların və matçların sayının artması səbəbindən turnir zamanı oyunçuların topladığı sarı vərəqələr iki dəfə ləğv ediləcək: qrup mərhələsindən sonra və dörddəbir finaldan sonra. Bu məsələ sabah Kanadanın Vankuver şəhərində keçiriləcək FIFA Şurasının iclasında müzakirə olunacaq.
Dəyişikliyin əsas səbəbi Dünya Kubokunda əlavə pley-off mərhələsinin - 1/32 final mərhələsinin əlavə edilməsidir. Əvvəlki 32 komanda əvəzinə turnirdə 48 komanda mübarizə aparacaq.
Xatırladaq ki, Dünya Kubokunun final mərhələsi 2026-cı il 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.
Almaz Həsənli



































.jpg)




































.jpg)



















