“Fənərbaxça” Tedeskonu baş məşqçi vəzifəsindən azad edib
“Fənərbaxça” baş məşqçi Domeniko Tedeskonun istefasını elan etdi. Oxuməni.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat yayılıb.
Alman-İtalyan məşqçi 2025-ci ilin sentyabr ayından bəri Türkiyə komandasına rəhbərlik edir. Onun klubla müqaviləsi iki illik idi.
"Direktorlar şurasının iclasında qəbul edilən qərarlara uyğun olaraq, baş məşqçimiz Domeniko Tedesko və onun məşqçilər heyəti ilə yollarımızı ayırdıq. Həmçinin idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çələbi ilə yollarımızı ayırmaq qərarına gəldik", - deyə “Fənərbaxça” açıqlamasında bildirib.
Zeki Murat Gele mövsümün qalan oyunlarında komandaya rəhbərlik edəcək.
26 apreldə “Fənərbaxça” Türkiyə Premyer Liqasında “Qalatasaray” komandasına 3-0 hesabı ilə məğlub oldu. 31 oyundan sonra "Sarı Kanareykalar" Super Liqanın turnir cədvəlində 67 xalla ikinci yerdədir. Turnir cədvəlinə “Qalatasaray” 74 xalla başçılıq edir.
Tedesko əvvəllər Belçika milli komandası, “Leypsiq”, “Spartak” Moskva, “Şalke” və “Erzgebirge” klublarında çalışıb.
Almaz Həsənli






























.jpg)




































.jpg)
























