Rubio: ABŞ  İranın 2026-cı il Dünya Çempionatına qatılmamasını tələb etməyib

Rubio: ABŞ  İranın 2026-cı il Dünya Çempionatına qatılmamasını tələb etməyib

12:49
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə keçirilən tədbirdə bildirib ki, Amerika Birləşmiş Ştatları İrandan 2026-cı il Dünya Kubokunda iştirakdan imtina etməyi tələb etməyib. Oxuməni.az bu barədə CNN-ə istinadən məlumat verir.
"ABŞ tərəfindən heç kim onlara gəlməməyi deməyib", - deyə Rubio bildirib.
Daha əvvəl İranın İdman naziri Əhməd Donyamali martın 11-də bildirmişdi ki, ölkənin yığma komandasının hazırkı geosiyasi vəziyyətdə turnirdə iştirakı mümkün deyil. Martın 17-də İranın Meksikadakı səfirliyinin sosial şəbəkə hesabında yayılan məlumata görə, futbol federasiyası FİFA ilə komandanın oyunlarının ABŞ ərazisindən Latın Amerikası arenasına köçürülməsi barədə danışıqlar aparır.
Dünya Kuboku 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək. İran komandası turnirə vəsiqə qazanıb və G qrupuna düşüb, orada rəqibləri Belçika, Misir və Yeni Zelandiya olub. Komandanın bütün üç oyunu ABŞ ərazisində keçirilməlidir.
Bununla belə, mart ayında Tramp 2026-cı il Dünya Futbol Kubokunda İranın iştirakının yersiz olduğunu bildirmişdi. Martın 27-də məlum olub ki, İran hakimiyyəti milli idman komandalarına "dost olmayan ölkələrə" yarışlara getməyi qadağan edib.
Almaz Həsənli