Cəfərov ardıcıl dördüncü dəfə, Qurbanov isə ikinci dəfə Avropa çempionu olub
Tiranada (Albaniya) güləş üzrə Avropa çempionatı davam edir.
Oxuməni.az xəbər verir ki, avronun üçüncü günündə üç yunan-Roma güləşçisi medal qazanıb: Həsrət Cəfərov (67 kq) finalda Türk güləşçisini 7:5 hesabı ilə məğlub edib və ardıcıl dördüncü dəfə Avropa çempionu olub!
Qurban Qurbanov (82 kq) isə finalda Adlet Tülübayevə (UWW) 4:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Avropa çempionatının qızıl medalını qazanıb.
Həmçinin 2 qat Avropa çempionu Nihat Məmmədli (60 kq) Suner Konunovu (UWW) 6:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığmasında 2 qızıl və 3 bürünc medalı var: Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
Almaz Həsənli

















.jpg)




















.jpg)

















































