“PSJ” 2025-ci ilin ən yaxşı komandası seçildi
“PSJ” “Laureus World Sports Awards” tərəfindən İlin Komandası seçilib. Parislilər 2025-ci ildə altı kubok qazanıblar, o cümlədən ilk dəfə Çempionlar Liqası titulunu qazanıblar. Bu barədə Oxuməni.az “RİA Novosti”yə istinadla xəbər verir.
Paris klubu 2025-ci il Avropa Çempionatında qalib gəlmiş İngiltərə qadın futbol yığmasını, NBA çempionu “Oklahoma Siti Tander”i, Formula-1-də Konstruktorlar Kubokunu qazanmış “Maklaren”i, həmçinin Hindistanın qadın kriket yığmasını və Avropa qolf yığmasını qabaqlayaraq bu nominasiyada qalib olub.
Qeyd etmək lazımdır ki, ispan tennisçi Karlos Alkaras “ Laureus”-un tərəfindən İlin Dünya İdmançısı seçilib.
Almaz Həsənli
Digər xəbərlər




























































































