PSJ argentinalı hücumçu Julian Alvaresi heyətinə qatmaq niyyətindədir
PSJ-nin baş məşqçisi Luis Enrike "Atletiko" Madridin hücumçusu Julian Alvaresə transfer etməkdə maraqlı olduğunu bildirib.
Fransa klubunun argentinalı oyunçu və hücumçu Kanq-İn Li üçün 100 milyon avro təklif etməyə hazır olduğu bildirilir.
Mənbənin məlumatına görə, Cənubi Koreyalı hücumçunun transfer müqaviləsinə əlavə edilməsi Alvaresin transferini təmin etmək üçün edilib, çünki "döşək istehsalçıları" 25 yaşlı koreyalıya maraq göstəriblər.
Qeyd etmək lazımdır ki, Luis Enrike Julianı PSJ-nin əsas oyunçusu hesab edir və ən əsası, transfer olunacağı təqdirdə komandanı öz ətrafında qurmaq niyyətindədir.
Əziz MUSTAFA
Digər xəbərlər

























































































