Modriç 14-cü dəfə Xorvatiyanın ən yaxşı oyunçusu seçildi
40 yaşlı “Milan” yarımmüdafiəçisi Luka Modriç 2025-ci ilin nəticələrinə görə karyerasında 14-cü dəfə Xorvatiyanın ən yaxşı oyunçusu seçildi.
Oxuməni.az xəbər verir ki, ulduz yarımmüdafiəçi bu mükafatı Xorvatiya Futbol Assosiasiyasından (HNS) ardıcıl onuncu dəfə alır. O, ilk dəfə 2007-ci ildə ölkənin ən yaxşı oyunçusu seçilib.
Modriç hazırkı İtaliya çempionatında 32 oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib. “Milan” 33 oyundan sonra 66 xalla liqa turnir cədvəlində ikinci yerdədir.
O, əvvəllər "Real Madrid"də oynayıb. "Kral Klubu"nda keçirdiyi 13 il ərzində Modriç altı dəfə Çempionlar Liqasını, dörd dəfə İspaniya liqasını və iki dəfə Kral Kubokunu qazanıb. 39 yaşlı yarımmüdafiəçi həmçinin İspaniya Super Kubokunu, FIFA Klublararası Dünya Kubokunu və UEFA Super Kubokunu beş dəfə qazanıb. 2024-cü ildə Modriç "Real Madrid" ilə Qitələrarası Kuboku qazanıb.
Almaz Həsənli




























































































