Dvalişvili izah edib ki, niyə Tsarukyan Topuriyanı məğlub edə bilməz

Dvalişvili izah edib ki, niyə Tsarukyan Topuriyanı məğlub edə bilməz

16 Aprel 15:28
Bəyəndim (2) Bəyənmədim (0)


Keçmiş UFC çempionu, gürcü döyüşçü Merab Dvalişvili, yüngül çəkidə çempion İlya Topuriya və iddiaçı Arman Tsarukyan arasındakı potensial döyüş barədə fikirlərini bölüşüb. Bu barədə Oxuməni.az “LowKickMMA”-ya istinadən xəbər verir.
Dvalişvilinin sözlərinə görə, erməni döyüşçünün yüksək səviyyəsinə baxmayaraq, o, bu qarşılaşmada ona heç bir üstünlük görmür.
"Mən Arman Tsarukyana hörmət edirəm. O, əla idmançı və güclü döyüşçüdür. Lakin İlya bu çəkidə çempion olduğu üçün, Arman onunla döyüşsə belə, stilistik cəhətdən İlya ondan üstündür. Sən İlyanı yerə yıxa bilməzsən - onunla güləşməyə cəhd etməyin mənası yoxdur. Onda Arman İlya ilə boks etməli olacaq və biz bilirik ki, bu necə bitəcək - İlya Arman Tsarukyanı nokaut edəcək", - deyə Dvalişvili bildirib.
Qeyd edək ki, Topuriya növbəti döyüşünü iyunun 14-də Castin Qetji ilə keçirəcək. Qalib gələcəyi təqdirdə, o, çəkisini artıraraq yarımorta çəki dərəcəsinin çempionu İslam Mahaçevla qarşılaşmağı planlaşdırır.
Bununla belə, Tsarukyan özü də titul şansı qazanmağı gözləyir və Topuriya ilə Qetji arasındakı döyüşdə ehtiyat döyüşçü kimi çıxış etməyə hazırdır.
Almaz Həsənli