"PSJ" və "Atletiko" Çempionlar Liqasının yarımfinalına yüksəldi

"PSJ" və "Atletiko" Çempionlar Liqasının yarımfinalına yüksəldi

15 Aprel 10:33
Bəyəndim (2) Bəyənmədim (0)


Aprelin 15-i gecə Çempionlar Liqasının ilk yarımfinalçıları müəyyənləşib. Bu barədə Oxuməni.az məlumat yayıb.
Belə ki, "Atletiko" "Barselona"ya 1:2 hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsinə görə madridlilər yarımfinala yüksəlib. Cavab oyununda hesabı 4-cü dəqiqədə Lamin Yamal açıb. 24-cü dəqiqədə Ferran Torres katalonların üstünlüyünü ikiqat artırıb. 31-ci dəqiqədə Ademola Lukman "matrasçılar"ın bir top fərqini aradan qaldırıb. 80-ci dəqiqədə katalonların müdafiəçisi Erik Qarsiya qovulub.
Komandalar arasındakı ilk oyun Dieqo Simeonenin yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb, "matrasçılar"ın növbəti rəqibi isə "Arsenal" – "Sportinq" oyununun qalibi olacaq (ilk oyun 1:0).
Paralel oyunda kubokun hazırkı sahibi "PSJ" "Liverpul"u 2:0 hesabı ilə məğlub edib. Usman Dembele dubl edib. Bir həftə əvvəl fransız klubu 2:0 hesabı ilə qalib gəlmişdi. Luis Enrikenin yetirmələri "Real" – "Bavariya" (ilk oyun Münhenlilərin xeyrinə 2:1) görüşünün qalibi ilə qarşılaşacaq.
"PSJ" möhtəşəm seriyasını davam etdirərək, üçüncü il ardıcıl olaraq yarımfinala yüksəlir.
Luis Enrikenin rəhbərliyi altında parijlilər Çempionlar Liqası titulunu uğurla müdafiə etməyin astanasındadır – bu, müasir dövrdə yalnız "Real Madrid"in bacardığı bir nailiyyətdir.
Almaz Həsənli