UFC rəhbəri Mahaçevin Ağ Evdə Topuriya ilə döyüşün baş tutmamasının səbəbləri barədə dediklərini təkzib etdi

UFC rəhbəri Mahaçevin Ağ Evdə Topuriya ilə döyüşün baş tutmamasının səbəbləri barədə dediklərini təkzib etdi

12:32
Bəyəndim (2) Bəyənmədim (0)


Mütləq Döyüş Çempionatının (UFC) rəhbəri Dana Uayt, UFC-nin yüngül çəki üzrə çempionu İslam Mahaçevin Ağ Evdə keçiriləcək turnirdə yüngül çəki üzrə çempionu İlia Topuriya ilə döyüşünün baş tutmamasının səbəbləri barədə verdiyi açıqlamanı təkzib edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Sportbox.ru” məlumat verib.
Daha əvvəl Mahaçev sosial şəbəkələrdə yazıb ki, Topuriya döyüş üçün "həddindən artıq yüksək qonorar tələb edib", UFC belə tələbləri rədd etdiyi üçün döyüş baş tutmayacaq.
"Bu doğru deyil", - deyə Uaytın sözlərini ACD MMA sitat gətirir.
Ağ Evdə UFC turniri 14 iyunda keçiriləcək, yüngül çəki üzrə çempionluq kəməri uğrunda əsas döyüşdə Topuriya amerikalı Cəstın Qetci ilə qarşılaşacaq.
Mahaçevin 34 yaşı var, qarışıq döyüş növləri karyerasında 28 qələbə qazanıb və bir məğlubiyyəti var, 29 yaşlı Topuriya isə 17 döyüşünün hamısını qazanıb.
Almaz Həsənli