Gəncədə keçirilən Yeniyetmələr arasında cüdo üzrə Avropa  Kuboku başa çatıb

Gəncədə keçirilən Yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku başa çatıb

11:09
Bəyəndim (1) Bəyənmədim (0)

Gəncə şəhərində keçirilən Yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku başa çatıb.

Oxuməni.az-ın “azerisport.com” saytının məlumatına istinadla xəbər verir ki, yarışın ikinci və son günündə oğlanlar arasında dörd çəki dərəcəsi (73 kq, 81 kq, 90 kq, +90 kq) və qızlar arasında dörd çəki dərəcəsi (57 kq, 63 kq, 70 kq, +70 kq) üzrə qaliblər müəyyənləşib.

Son gün Azərbaycanı 43 cüdoçu təmsil edib. Onlardan Yusuf Nəzər (73 kq) və Yaqub Məmmədov (81 kq) çempion olub, Sadiq Məmmədov (73 kq) gümüş, Akif Məmmədli (73 kq), Polad Həsənli, Amin Mehdiyev (hər ikisi -81 kq), Ömər Axundov, Nurəddin Əliyev (hər ikisi -90 kq), Hüseyn Hüseynov, Tamrelan Əliyev (hər ikisi +90 kq) və Məsumə Məmmədli (70 kq) bürünc medal qazanıblar. Avropa çempionatının sonunda Azərbaycan 24 medal (3-5-16) qazanaraq ümumi komanda hesabında ikinci yeri tutub.

Qazaxıstan (9-6-11) və Türkiyə (2-0-0) da ilk üçlüyə daxil olub.

Turnirdə 10 ölkədən ümumilikdə 269 cüdoçu iştirak edib.

Oxuməni.az