İdman tarixində  ən çox qazanan idmançıların adları məlum olub

İdman tarixində ən çox qazanan idmançıların adları məlum olub

12:12
Bəyəndim (0) Bəyənmədim (0)

.
Sportico jurnalı illik reytinqini yeniləyib və siyahıya başçılıq edən Maykl Cordan NBA karyerası ərzində və sonrasında 4,5 milyard dollar qazanıb. Reytinqdə idmançıların 2026-cı ilə qədər qazancları, o cümlədən təqaüdə çıxdıqdan sonrakı dövr nəzərə alınıb.

İlk üçlük ötən ildən dəyişməz qalıb. Altıqat NBA çempionu Maykl Cordan 4,5 milyard dollar qazanaraq lider olaraq qalır. Qolfçu Tayger Vuds 2,88 milyard dollarla ikinci, beşqat Qızıl Top mükafatı sahibi Kriştiano Ronaldo isə 2,52 milyard dollarla üçüncüdür.

Tarixin ən çox qazanan on idmançısı arasında 2,03 milyard dollar qazancı ilə Los Angeles Lakers oyunçusu LeBron James, Argentinalı futbolçu Lionel Messi (1,99 milyard dollar), qolfçular Arnold Palmer (1,85 milyard dollar, 2016-cı ildə vəfat edib) və Cek Niklaus (1,83 milyard dollar), keçmiş İngiltərə futbolçusu Devid Bekhem (1,68 milyard dollar), tennisçi Rocer Federer (1,67 milyard dollar) və boksçu Floyd Meyvezer (1,57 milyard dollar) da var.

Dünyanın keçmiş birinci nömrəsi Serena Uilyams ilk 50-likdə yeganə qadın olaraq qalır. O, 680 milyon dollarla 40-cı yerdədir.

Ən çox qazanan 50 idmançı inflyasiya nəzərə alınmaqla ümumilikdə 56,2 milyard dollar qazanıb. Siyahıya doqquz idman növü və 17 ölkədən idmançılar daxildir. NBA-da ən çox idmançı var (13).

Əziz MUSTAFA