Azərbaycan penalti seriyasında Syerra-Leoneni məğlub edərək FIFA Series turnirinin qalibi oldu

Azərbaycan penalti seriyasında Syerra-Leoneni məğlub edərək FIFA Series turnirinin qalibi oldu

11:06
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycan milli futbol komandası FIFA Series – 2026 turnirinin oyununda Syerra-Leoneni məğlub edib.

Oxuməni.az-ın verdiyi məlumata görə, oyunun əsas vaxtı heç-heçə (1:1) başa çatıb, daha sonra qalib penalti seriyasında müəyyənləşib və bu seriyada Azərbaycan 9:8 hesabı ilə qələbə qazanıb.

Görüş Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilib.

Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev FIFA Series – 2026 turnirinin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, martın 27-də Azərbaycan millisi eyni arenada Sent-Lüsiya komandasını 6:1 hesabı ilə məğlub edib.

FIFA reytinqində Azərbaycan millisi hazırda 127-ci, Syerra-Leone millisi isə 120-ci yerdə qərarlaşıb.

Beynəlxalq Futbol Federasiyası (FİFA) Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) FIFA Series - 2026 beynəlxalq turnirini yüksək səviyyədə keçirdiyinə görə təşəkkür edib.

Almaz Həsənli