BOK transseksualların qadın yarışlarında iştirakını qadağan etdi

BOK transseksualların qadın yarışlarında iştirakını qadağan etdi

11:07
Bəyəndim (1) Bəyənmədim (0)

Beynəlxalq Olimpiya Komitəsi (BOK) bəyan edib ki, Olimpiya Oyunlarının qadın yarışlarında yalnız genetik testlə cinsiyyətini təsdiqləmiş idmançılar iştirak edə biləcəklər. Oxuməni.az xəbər verir ki, bu, təşkilatın rəsmi saytında cümə axşamı dərc olunan məlumatdan irəli gəlir.

Yeni qaydalar 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadadan qüvvəyə minəcək. Onlar həmçinin BOK –un himayəsi altında olan digər yarışlara da şamil olunur, lakin geriyə qüvvəsi yoxdur və həvəskar və kütləvi idmana aid edilmir. Təşkilatın prezidenti Kirsti Koventri bildirib ki, "bioloji kişilərin qadın kateqoriyasında yarışması ədalətsiz olardı". Onun sözlərinə görə, bəzi idman növlərində bu, hətta təhlükəli də ola bilər.

BOK -da qeyd edilib ki, SRY geninin olması "ömür boyu sabit qalır və idmançının kişi kimi inkişaf etdiyinin yüksək dəqiqlikli sübutunu təşkil edir". Genetik test tüpürcək, yanaqdan götürülən yaxma və ya qan nümunəsi vasitəsilə aparılacaq.

BOK –un bildirdiyinə görə, yeniliklər idmançıların tədqiqatları və sorğularının nəticələrinə əsasən qəbul edilib. Xüsusilə, təşkilat belə bir qənaətə gəlib ki, "kişi cinsi güc, qüvvə və dözümlülüyün vacib olduğu bütün idman növləri və yarışlarında nəticələrdə üstünlük təmin edir".

Bununla belə, BOK SRY geninə malik şəxslərin qadın yarışlarında iştirakına icazə verib, əgər onlarda tam androgen həssaslığı sindromu (CAIS) və ya testosteronun onların fiziki göstəricilərinə təsir etmədiyi digər nadir cinsi inkişaf pozğunluqları aşkar edilərsə.

SRY geninə malik digər idmançılar, o cümlədən transseksuallar, tələblərə uyğun gəldikləri bütün digər kateqoriyalarda yarışlarda iştirak edə biləcəklər. Məsələn, onlar kişilər arasında turnirlərdə iştirak etmək və qarışıq kateqoriyada kişilərin yerlərini tutmaq hüququna malik olacaqlar.

Almaz Həsənli