Çempionlar Liqasında dörddəbir finala yüksələn ilk komandalar məlum olub

Çempionlar Liqasında dörddəbir finala yüksələn ilk komandalar məlum olub

18 Mart 07:48
Bəyəndim (1) Bəyənmədim (0)

Çempionlar Liqasında növbəti mərhələyə yüksələn komandaların sayı get-gedə azalmaqdadır. Bu çərçivədə də növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda komandalar arasında gərgin mübarizə getməkdədir. Bu mərhələdə diqqəti daha çox cəlb edən oyunlardan biri də İngiltərədə "Mançester Siti" və Madridin "Real" klubu arasında keçirilib. Gözlənilirdi ki, Xosep Qvardiolanın komandası Madiriddəki 3-0 hesablı məğlubiyətin əvəzini çıxa biləcək. Oyun ərəfəsi də Qvardiola nikbin açıqlamalar verərək məğlubiyyətin əvəzini çıxmaq niyyətində olduqlarını bəyan etmişdi. Lakin Qvardiolanın ümidləri boşa çıxdı. Əvvəlcə meydanda bərabər səviyyədə mübarizə getsə də Bernardo Silvanın birbaşa qırmızı vərəqə alması ilə ingilis klubu 20-ci dəqiqədən etibarən on nəfərlə meydanda qaldı. Bundan sonra Qvardiolanın komandasında xətlər arasında əlaqələr pozulmağa başladı və bu madridlilərə oyunda üstünlüyü ələ almağa imkan verdi.

"Real Madrid"in oyunçusu Vinisius Junior 22-ci dəqiqədə penaltidən dəqiq zərbə ilə hesabı açıb. "Mançester Siti"nin hücumçusu Erlinq Haland 41-ci dəqiqədə hesabı bərabərləşdirdi. Oyuna əlavə edilmiş vaxtın 2-ci dəqiqəsində Vinisius ikinci qolu meydan sahiblərinin qapısından keçirərək komandasının qələbəsini təmin edib.

Madriddəki Santyaqo Bernabeu stadionunda keçirilən ilk oyun İspaniya komandasının 3-0 hesablı qələbəsi ilə başa çatdığından "Real Madrid" ümumi hesabda 5-1 hesablı qələbə qazanaraq Çempionlar Liqasının dörddəbir finalına yüksəldi.

Digər oyunda Portuqaliyanın "Sporting" klubu Çempionlar Liqasının 1/8 finalının ikinci oyunund aturnirin sürpriz komandası olan Norveçin "Bodo-Qlimt" komandasını darmadağın edərək ilk oyundakı məğlubiyyətin əvəzini artıqlaması ilı çıxıb. Oyun Lissabondakı "Estadio José Alvalade" stadionunda keçirildi. Əsas vaxt 3-0 hesabı ilə başa çatdı. Qonsalo İnasio 34-cü dəqiqədə Fransisko Trinkaonun ötürməsindən sonra hesabı açdı. Pedro Qonsalveş 61-ci dəqiqədə, Luis Suares isə 79-cu dəqiqədə penaltidən üçüncq qolu vuraraqümumi hesabda tarazlığı bərpa etdi: 3-3. Qalib müəyyən etmək üçün 30 dəqiqəlik əlavə oyun oynanılmalı oldu. Bu mərhələdə Maksimiliano Xavyer Araujo Vilçeş rəqib qapısından 4-cü, 120+1-ci dəqiqədə Rafael Nelin 5-ci topu qonaq komandasının qapısından keçirdi. Beləliklə iki oyunun nəticəsinə görə "Bodo Qlimt"ə 5-3 hesabı ilə qalib gələn "Sportinq" növbəti mərhələyə vəsiqəni özü üçün təmin etmiş oldu.

İngiltərənin "Arsenal" klubu Çempionlar Liqasının 1/8 finalının ikinci oyununda evdə Almaniyanın "Bayer Leverkuzen" klubuna 2-0 hesabı ilə qalib gəldi. Oyunun ilk qolunu Ebereçi Eze 36-cı dəqiqədə, Deklan Rays isə 63-cü dəqiqədə vurdu. Bir həftə əvvəl Almaniyada keçirilən ilk oyun 1-1 hesabı ilə başa çatdı. "Arsenal" dörddəbir finalda Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşacaq.

PSJ isə Londonda "Çelsi" üzərində 3-0 hesabı ilə qələbə çalıb. İlk oyunda da parislilər londonluları 5-2 hesabı ilə məğlub etmişdi. Xviça Kvaratsxeliya altıncı dəqiqədə hesabı açdı. Bredli Barkola 14-cü dəqiqədə fərqi ikiqat artırdı. Senni Mayului 62-ci dəqiqədə 3-cü topu "zadəganlar"ın qapısından keçirdi və oyun bu hesabla da başa çatdı. Bu gün turnirin digər oyunları keçiriləcək.

Əziz MUSTAFA