İran FİFA ilə DÇ-2026 oyunlarının Meksikaya keçirilməsi barədə danışıqlar aparır
İran 2026-cı il Dünya Çempionatı oyunlarının Meksikaya keçirilməsi ilə bağlı FİFA ilə danışıqlar aparır. Oxuməni.az xəbər verir ki, bu barədə İranın Meksikadakı səfirliyi X sosial şəbəkəsindəki açıqlamasında bildirib.
İranın Meksikadakı səfirliyi ölkənin Futbol Federasiyasının prezidenti Mehdi Tacın bəyanatını yayımlayıb. Bəyanatda deyilir ki, İran hazırda FİFA ilə Dünya Çempionatının İran yığmasının iştirakı ilə bütün oyunlarının Meksika ərazisinə köçürülməsi barədə danışıqlar aparır.
İran yığması 11 iyunda ABŞ, Kanada və Meksikada başlayacaq Dünya Çempionatına vəsiqə qazanıb. Komandanın iki oyunu Los-Anceles və Sietldə planlaşdırılıb.
"Trampun İran milli komandasının təhlükəsizliyini təmin edə bilməyəcəyini açıq şəkildə bildirdiyi üçün biz Amerikaya getməyəcəyik. Hazırda FİFA ilə İranın Dünya Çempionatındakı oyunlarının Meksikada keçirilməsi barədə danışıqlar aparırıq", - deyə Tac sitat gətirilir.
Keçən həftə İranın idman naziri Əhməd Dünyamalı bildirmişdi ki, ABŞ-ın İsraillə birlikdə Tehrana endirdiyi hava zərbələri nəticəsində İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra İranlı oyunçuların turnirdə iştirakı mümkün deyil.
Almaz Həsənli
























































































