"Qalatasaray" "Liverpul"a qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmaq niyyətindədir

"Qalatasaray" "Liverpul"a qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmaq niyyətindədir

07:56
Bəyəndim (2) Bəyənmədim (0)

Çempionlar Liqasının 1/8 finalının ikinci oyununda martın 18-də "Liverpul"la səfərdə qarşılaşacaq "Qalatasaray", əsas heyətində bəzi dəyişikliklərə əl atıb. Belə ki,əsas sarı vərəqələrə görə cəzalı olan Davinson Sançezin olmaması səbəbindən müdafiədə dəyişikliklər edilib. İlk oyunda start heyətində yer almayan Saça Boyinin sağ cinahda, İsmayıl Ceykobsun isə sol cinahda oynayacağı gözlənilir.

Xatırladaq ki, İstanbulda keçirilən ilk oyunda "Qalatasaray" "Liverpul"a 1:0 hesabı ilə qalib gəlib" Qeyd etdiyimiz kimi Okan Burukun ilk oyunla müqayisədə heyətdə yalnız bir məcburi dəyişiklik etməsi gözlənilir. Davinson Sançezin sarı vərəqələrə görə cəzalandırılması ilə müdafiədə dəyişikliklər olacaq.

Çətin bir matçda Uğurcan Çakırın qapıçı olacağı gözlənilir. İlk oyunda oynamayan Saça Boyun sağ cinahda, İsmayıl Ceykobsun isə sol cinahda oynayacağı gözlənilir.

Davinson Sançezin olmadığı üçün Okan Burukun Mario Leminaya Əbdülkərim Bərdəki ilə birlikdə şans verməsi gözlənilir. Bu əvəzetmə də yarımmüdafiədə fərqli bir plan olduğunu göstərir.

Wilfried Sinqonun yarımmüdafiədə Lukas Torreira ilə birlikdə oynayacağı gözlənilir. Adətən sağ cinah müdafiəçisi və ya mərkəz müdafiəçisi kimi xidmət edən Fil Dişi Sahili millisinin üzvü əvvəllər "Juventus"a qarşı yarımmüdafiədə, "Beşiktaş"a qarşı derbidə, "Liverpul"la ilk qarşılaşmanın isə son hissəsində oynayıb. Qabriel Saranın Torreira və Sinqonun qarşısında oynayacağı gözlənilir.

"Qalatasaray"ın hücumunda sağ cinahda Barış Alper Yılmaz, sol cinahda Noah Lang və mərkəz hücumunda Viktor Osimhen yer alacaq. "Qalatasay"ın baş məşqçisi Okan Buruk oyun öncəsi bildirib ki, "Liverpul"la oyun olduqca çətin olacaq. Onun sözlərinə görə, hər iki klubun növbəti mərhələyə yüksəlmək şansları bərabərdir. Okan Buruk bütün hallarda bu dəfə də "Liverpul"a qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmaq niyyətində olduqlarını söyləyib.

Əziz Mustafa