Flik "Barselona" ilə müqaviləsini 2028-ci ilə qədər uzadacaq
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik, kataloniya klubu ilə əmək müqaviləsini 2028-ci ilə qədər uzadacaq. Oxuməni.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Alman mütəxəssis müqavilənin uzadılması barədə razılığa gəlib, lakin Joan Laportanın qələbəsini təmin etmək üçün "Barselona" prezident seçkilərinin nəticələri açıqlanana qədər bu barədə elanı təxirə salmağa qərar verib. Flik Barselonadakı həyatından və gənc oyunçuların inkişafına prioritet verməsindən razıdır. Mütəxəssisin əsas məqsədi, yetişdirməyi planlaşdırdığı nəsil ilə birlikdə Çempionlar Liqasını qazanmaqdır.
İspaniya çempionatında 28 matçdan sonra "Barselona" 70 xal toplayıb və turnir cədvəlində dörd xal fərqlə "Real Madrid"i qabaqlayaraq liderlik edir.
Almaz Həsənli



























































































