İran millisi 2026-cı il Dünya Çempionatından imtina etdiyinə görə turnirlərdən kənarlaşdırıla bilər
İranın futbol millisi 2026-cı il Dünya Kubokunda iştirakdan tamamilə imtina etdiyi təqdirdə sanksiyalara məruz qala bilər. Oxuməni.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) İranın milli komandasını öz himayəsi altında keçirilən bütün gələcək yarışlardan kənarlaşdıra və 275 min avrodan 555 min avroya qədər cərimə edə bilər.
Martın 11-də İranın idman naziri Əhməd Donyamali bildirib ki, ölkənin yığmasının hazırkı şəraitdə 2026-cı il Dünya Kubokunda iştirak etmək imkanı yoxdur.
Dünya Kuboku 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək. İran komandası turnirə vəsiqə qazanıb və G qrupuna düşüb, orada rəqibləri Belçika, Misir və Yeni Zelandiya olub. Komandanın bütün üç oyunu ABŞ ərazisində keçirilməlidir. Eyni zamanda, İranı hansı komandanın əvəz edəcəyi hələlik bəlli deyil.
Almaz Həsənli































































.jpg)
.jpg)
.jpg)
























