"Qalatasaray" mövsüm ərzində "Liverpul"u ikinci dəfə məğlub etdi

"Qalatasaray" mövsüm ərzində "Liverpul"u ikinci dəfə məğlub etdi

10:17
Bəyəndim (2) Bəyənmədim (0)

Otən gün axşam futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsi başladı.

UEFA Çempionlar Liqasının 1/8 finalının ilk oyununda Türkiyənin "Qalatasaray" klubu öz meydanında İngiltərənin "Liverpul"unu minimal 1:0 hesabı ilə məğlub etdi. Bu barədə Oxuməni.az xəbər verir.

Qonaqlar oyuna çox güclü başladılar və ev sahiblərini meydanın öz yarısında sıxışdırdılar. Lakin Arne Slotun yetirmələri ərazi üstünlüyündən faydalana bilmədilər. "Qalatasaray" isə tədricən oyunu öz qapısından uzaqlaşdırdı və hücumda öz anlarından birini reallaşdırdı. 7-ci dəqiqədə Viktor Osimhenin ötürməsindən sonra fərqlənən Mario Lemina başla qol vuraraq hesabı açdı.

Daha sonra komandalar tempini azaltmadılar və çoxlu təhlükəli anlar yaratdılar. Lakin tabloda minimal hesab dəyişmədi. 73-cü dəqiqədə baş hakim VAR-dan istifadə edərək "qırmızılar"ın müdafiəçisi İbrahima Konatenin qolunu ləğv etdi.

Xatırladaq ki, sentyabrın sonunda bu komandalar ÇL-in ümumi mərhələsinin ikinci turunda bir-biri ilə mübarizə aparmışdılar və həmin görüş də Okan Burukun komandasının xeyrinə 1:0 hesabı ilə başa çatmışdı. "Qalatasaray"ın İngiltərə klublarına qarşı son on ev Avrokubok oyununda cəmi bir məğlubiyyəti var (altı qələbə, üç heç-heçə).

Çempionlar Liqasının 1/8 finalının daha üç oyunu keçirildi:

"Nyukasl" "Barselona"ya müqavimət göstərdi - 1:1

"Bavariya" İtaliyada "Atalanta"nı darmadağın etdi - 6:1

"Atletiko" - "Tottenhem". Madridlilər 5:2 hesabı ilə qalib gəldilər.

1/8 finalın cavab görüşləri martın 17-18-nə planlaşdırılıb. Dörddəbir finallar aprelin 7-8 və 14-15-də, yarımfinallar aprelin 28-29 və mayın 5-6-da, final oyunu isə mayın 30-da Macarıstanın Budapeşt şəhərində keçiriləcək.

Almaz Həsənli