Dünya Çempionu Usık Ukrayna Prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir
WBC, WBA, IBO və IBF ağır çəki üzrə dünya çempionu Aleksandr Usık Ukrayna prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Oxuməni.az xəbər verir ki, onun sözləri "Ölkə Siyasəti" Telegram kanalında dərc olunub.
"Daha bir neçə il boksla məşğul olmağı planlaşdırıram. Daha sonra isə dövlət üçün işləmək planlarım var", - deyə o bildirib.
Usık ağır və kruiz çəki dərəcələrində mübarizə aparan məğlubedilməz ukraynalı peşəkar boksçu və 2012-ci il Olimpiya çempionudur.
2025-ci ilin iyul ayında Ümumdünya Boks Təşkilatı (WBO) Usikə Yeni Zelandiyalı məcburi rəqib Cozef Parkerlə döyüşməyi təklif etdi və ona danışıqlar üçün 30 gün vaxt verdi. Boksçunun komandası bel zədəsini əsas gətirərək 90 günlük təxirə salmağı tələb etdi. Bu arada, avqust ayında sosial mediada Usikin rəqs videosu yayıldı. Elə həmin ay o, xeyriyyə matçında iştirak etdi. Ukrayna komandasının məlumatına görə, bütün bunlar boksçunun rinqə çıxmağa hazır olduğunu göstərmir və tibbi tövsiyələrə zidd deyildi. Sentyabr ayında WBO Usik üçün titul müdafiəsi danışıqları üçün müddəti uzatdı. Noyabr ayında Usikin WBO titulundan imtina etdiyi açıqlandı.
Əziz MUSTAFA










































.jpg)
.jpg)
.jpg)






















.jpg)























