Kriştianu Ronaldu "Almeriya"nın səhmlərinin 25%-ni alıb

Kriştianu Ronaldu "Almeriya"nın səhmlərinin 25%-ni alıb

16:00
Bəyəndim (3) Bəyənmədim (0)


Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu İspaniyanın "Almeriya" klubunun səhmlərinin 25%-ni əldə edib.
Oxuməni.az xəbər verir ki, bu barədə "The Touchline" X sosial şəbəkəsində məlumat yayıb.
Jurnalist Ben Ceykobs X sosial şəbəkəsində Ronaldunun sözlərini sitat gətirib: "Uzun müddətdir ki, futbola təkcə meydanda deyil, həm də başqa yollarla töhfə verməyi arzulayırdım. "Almeriya" möhkəm təməllərə və aydın inkişaf potensialına malik İspaniya klubudur. Klubun inkişafının növbəti mərhələsini dəstəkləmək üçün rəhbərliklə birlikdə işləməyi səbirsizliklə gözləyirəm."
"Almeriya" 2025/2026 mövsümündə Sequnda turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. Komanda 27 oyunda 48 xal toplayıb. Birinci yerdə eyni sayda oyunda 50 xal qazanan "Rasinq" yerləşir.
Almaz Həsənli