UEFA Çempionlar Liqası: "Nyukasl" - "Qarabağ"
Bu gün Azərbaycanın "Qarabağ" futbol klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu keçirəcək.
Oxuməni.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri səfərdə İngiltərənin "Nyukasl" komandası ilə qarşılaşacaqlar.
"Sent Ceyms Park" stadionunda fevralın 24-dən 25-nə keçən gecə baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Görüşü italiyalı FİFA referisi Davide Massa idarə edəcək.
Qeyd edək ki, pley-off mərhələsinə qədər "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində səkkiz oyun keçirib: Portuqaliyanın "Benfika"sı (3:2), Danimarkanın "Kopenhagen"i (2:0), İspaniyanın "Atletik"i (1:3), İngiltərənin "Çelsi"si (2:2), İtaliyanın "Napoli"si (0:2), Niderlandın "Ayaks"ı (2:4), Almaniyanın "Ayntraxt"ı (3:2) və İngiltərənin "Liverpul"u (0:6) ilə.
Xatırladaq ki, Bakıda bu komandalar arasında keçirilən ilk oyunda "Qarabağ" İngiltərənin "Nyukasl" komandasına 1:6 hesabı ilə məğlub olmuşdu.
Almaz Həsənli




























































.jpg)
.jpg)
.jpg)























