ABŞ-ın hokkey üzrə yığması Kanadanı məğlub edərək 46 ildən sonra ilk dəfə Olimpiya qızıl medalını qazandı
ABŞ-ın kişilərdən ibarət hokkey üzrə yığması İtaliyanın paytaxtı Milanda keçirilən 2026-cı il Olimpiya turnirinin finalında əlavə vaxtda Kanada komandası üzərində qələbə qazanıb.
Milanda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb (1:0, 0:1, 0:0, 1:0). Əsas vaxtda qaliblərin heyətində Metyu Boldi qol vurub, kanadalıların heyətində isə Keyl Makar fərqlənib. Əlavə vaxtda Cek Hyuz qol müəllifi olub.
Amerikalılar üçün bu qızıl medal tarixlərində üçüncü olub, əvvəllər onlar 1960 və 1980-ci illərdəki Oyunlarda qalib gəliblər.
Turnirdə 13 (2 qol + 11 məhsuldar ötürmə) xal toplayaraq NHL oyunçularının iştirak etdiyi Olimpiya turnirlərinin bu göstəricidə rekordunu müəyyənləşdirən kanadalı Konnor Makdeyd ən yaxşı bombardir olub. Kanadanın digər təmsilçisi Maklin Selebrini beş qolla 2026-cı il Olimpiadasının ən yaxşı snayperi seçilib.
Bu oyun Milanda və Kortina d'Ampezzoda keçirilən 2026-cı il Olimpiadasının yarış proqramını başa vurub.
Almaz Həsənli






























.jpg)
.jpg)
.jpg)
























.jpg)
















.jpg)
.jpg)
.jpg)











