Əfsanəvi holland şahmatçı Yan Timman vəfat edib
Dünya şahmatının dahilərindən biri və şahmat tacına iddiaçı olmuş Yan Timman 74 yaşında vəfat edib.
Oxuməni.az xəbər verir ki, bu barədə NOS.nl məlumat yayıb.
Məşhur qrossmeyster peşəkar karyerasını ötən il başa vurub və ekspertlərin fikrincə, şahmat dünyası ən parlaq nümayəndələrindən birini itirib.
Timman sadəcə görkəmli oyunçu deyildi, şahmatda sovet qrossmeysterlərinin hökmranlıq etdiyi dövrdə o, Qərbdə ən yaxşı adlandırılırdı. Müxtəlif illərdə FIDE dünya reytinqində ikinci yerdə qərarlaşması onun yüksək səviyyəsindən xəbər verir. O, doqquz dəfə Niderland çempionu olub.
Karyerasında ən əhəmiyyətli yerlərdən birini 1993-cü ildə dünya şahmat tacı uğrunda məşhur Anatoli Karpovla mübarizə apardığı və ona 12,5:8,5 hesabı ilə uduzduğu matç tutur.
2005-ci ildə Yan Timman Hollandiya yığmasına komanda Avropa çempionatında "qızıl" qazanmağa kömək edib. İdman nailiyyətlərindən əlavə, o, şahmat jurnalistikası və nəzəriyyəsi ilə fəal məşğul olub, bu gün də bir çox peşəkarlar və həvəskarlar üçün stolüstü hesab edilən analitik məqalələr və kitablar nəşr edib.
Almaz Həsənli























.jpg)















.jpg)
.jpg)
.jpg)





.jpg)





















.jpg)
.jpg)
.jpg)






















