UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Nyukasl Yunayted"lə qarşılaşır

UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Nyukasl Yunayted"lə qarşılaşır

12:41
Bəyəndim (2) Bəyənmədim (0)


Bu gün 2025/2026 mövsümünün Çempionlar Liqasının pley-off mərhələsinin (şərti olaraq 1/16 final) ilk oyunu keçiriləcək. Bu oyunda "Qarabağ" və "Nyukasl Yunayted" üz-üzə gələcəklər.
Oxuməni.az xəbər verir ki, oyun Bakıdakı "Tofiq Bəhramov" stadionunda baş tutacaq. Hakimin start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək. Görüşün baş hakimi norveçli Espen Eskos təyin olunub.
"Nyukasl Yunayted" və "Qarabağ" arasında ikinci oyun fevralın 24-də keçiriləcək. Oyun "Sent-Ceyms Park" stadionunda (Nyukasl-apon-Tayn) saat 00:00-da başlayacaq.
"Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda "Barselona" və ya "Çelsi" ilə qarşılaşacaq.
Çempionlar Liqasının ümumi mərhələsinin yekunlarına əsasən, Azərbaycan komandası 10 xal toplayaraq 22-ci yeri tutub. İngilis klubu isə 14 xal qazanaraq 12-ci pillədə qərarlaşıb.
Almaz Həsənli