Qvatemala mart ayında Rusiya millisi ilə yoldaşlıq oyunu oynamaqdan imtina edib
Qvatemala Futbol Federasiyasının prezidenti Gerardo Pais ölkəsinin milli komandasının mart ayında Rusiya ilə yoldaşlıq oyunu oynaya bilməyəcəyini bildirdi. Bu, artıq digər komandalarla planlaşdırılan oyunlarla bağlıdır.
"Mart ayında Rusiyaya qarşı oynaya bilməyəcəyik. Bu ay Əlcəzair və Peruya qarşı oyunlarımız artıq planlaşdırılıb. Rusiya bizi öz ərazisində oynatmağı təklif etdi, lakin əvvəllər digər rəqiblərlə razılaşdırılmış oyunlar səbəbindən imtina etməli olduq. Ümid edək ki, komandalarımız bu il oynaya biləcəklər. Bəlkə də bu, iyun ayında və ya ABŞ-da keçiriləcək Dünya Kubokundan sonra baş tutacaq", - Sport24 Paisin sözlərindən sitat gətirir.
Əvvəllər Rusiya futbolçularının Mali millisi ilə yoldaşlıq oyunu keçirəcəyi açıqlanmışdı. Onların görüşü 27 martda planlaşdırılıb və Krasnodarda keçiriləcək.
Əziz MUSTAFA































.jpg)
.jpg)
.jpg)




















































