Norveçli xizəkçi Yohannes Klebo doqquzuncu Olimpiya qızıl medalını qazanaraq qış oyunları tarixində ən titullu idmançı oldu

Norveçli xizəkçi Yohannes Klebo doqquzuncu Olimpiya qızıl medalını qazanaraq qış oyunları tarixində ən titullu idmançı oldu

10:53
Bəyəndim (2) Bəyənmədim (0)

Norveçli xizəkçi Yohannes Klebo İtaliyada keçirilən Olimpiadada Norveç yığması ilə birlikdə kişilər arasında 4×7,5 kilometr məsafəyə estafet yarışında qalib gələrək doqquzuncu Olimpiya qızıl medalını qazanıb.
Oxuməni.az xəbər verir ki, Klebo Olimpiadalarda qazanılan qızıl medalların sayına görə əvvəlki rekordçuları (və həmvətənlərini-red.) – biatlonçu Ole Eynar Byorndalen və xizəkçilər Byorn Deli və Marit Byorgenin rekordunu qırıb. Onların hər birinin səkkiz qızıl mükafatı var idi.
İtaliyada keçirilən 2026-cı il Olimpiadasında Klebo artıq dörd qızıl medal qazanıb – kişilər arasında estafetdən başqa, o, həmçinin kişilər arasında klassik sprintdə, 10 kilometr məsafəyə fərdi startla yarışda və skiatlonda birinci olub.
İndi 29 yaşlı Klebo doqquzqat çempion və qış Olimpiya oyunları tarixində (bütün növlərdə) ən titullu idmançıdır. Olimpiadada onun hələ iki startı qalıb – komanda sprinti və kişilər arasında 50 kilometr məsafəyə klassik üslubda kütləvi start.
Həm yay, həm də qış oyunlarını nəzərə alsaq, daha çox Olimpiya qızıl medalı yalnız amerikalı üzgüçü Maykl Felpsdədir – 23. Ondan sonra doqquz qızıl medalı olan bir neçə idmançı gəlir (sovet gimnastı Larisa Latınina, amerikalı yüngül atlet Karl Lyuis, amerikalı üzgüçülər Kaleb Dressel, Mark Spits və Keti Ledeki və fin yüngül atleti Paavo Nurmi), Klebo mükafatların sayına görə onlarla artıq bərabərləşib.
Almaz Həsənli