FİFA "Atletik"ə 2028-ci ilə qədər transfer qadağası tətbiq edib

FİFA "Atletik"ə 2028-ci ilə qədər transfer qadağası tətbiq edib

10:51
Bəyəndim (2) Bəyənmədim (0)


Beynəlxalq Futbol Federasiyası (FİFA) Bilbao "Atletik"inə qarşı sanksiyalar tətbiq edib. İspaniya klubuna 2028-ci ilin yanvar ayına qədər yeni futbolçular qeydiyyatdan keçirmək qadağan edilib. Oxuməni.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirildiyinə görə, qərar təşkilatın normativ tələblərinin pozulması ilə əlaqədardır. Transfer qadağası faktiki olaraq Bask klubunu yaxın transfer pəncərələrində heyəti gücləndirmək imkanından məhrum edir.
İspaniya çempionatının 23 turundan sonra "Atletik" 28 xal toplayaraq turnir cədvəlində 10-cu yerdə qərarlaşıb. Lider 58 xalla "Barselona"dır. Növbəti turda komanda fevralın 15-də səfərdə "Ovyedo" ilə oynayacaq. Bundan əlavə, "Atletik" İspaniya Kubokunda mübarizəni davam etdirir - yarımfinalın ilk oyununda klub "Real Sosyedad"a 0:1 hesabı ilə uduzub.
Almaz Həsənli