"Qarabağ" dünya reytinqində 9 pillə irəliləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) yeni dünya klub reytinqini açıqlayıb.
Oxuməni.az-ın IFFHS-ə istinadən verdiyi məlumata görə, Azərbaycan klubu "Qarabağ" doqquz pillə irəliləyərək 200 xalla 60-cı yeri tutub.
502 komandadan ibarət siyahıya 4 Azərbaycan klubu daxil olub. "Sabah" (96 xal) 224-cü yerdən 211-ci yerə yüksəlib. "Zirə" (63 xal) 389-cu yerdən 418-ci yerə, "Araz-Naxçıvan" (59 xal) isə 456-cı yerdən 468-ci yerə düşüb.
Reytinqə Fransanın PSJ klubu liderlik edir. Onu "Çelsi" (İngiltərə) və "Bavariya" (Almaniya) izləyir.
Almaz Həsənli
Digər xəbərlər





































.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)



















