Karlos Alkaras “Australian Open -2026”nın finalına yüksəldi
Altı dəfə “Böyük Dəbilqə” turnirlərinin çempionu, dünya birincisi ispan tennisçi Karlos Alkaras Avstraliya Açıq Çempionatının — 2026 finalına yüksəldi. Yarımfinalda o, alman tennisçi Aleksandr Zverevi 6:4, 7:6 (7:5), 6:7 (3:7), 6:7 (4:7), 7:5 hesabı ilə məğlub etdi.
Oxuməni.az xəbər verir ki, Aleksandr Zverev beşinci setdə 5:4 hesabı ilə matçda servis edə bilmədi.
Matç 5 saat 26 dəqiqə davam etdi. Bu müddət ərzində Alkaras 12 eys etdi, iki ikiqat səhvə yol verdi və 14 breyk-pointdən 4-nü reallaşdırdı. Zverevin hesabında isə 17 eys, dörd ikiqat səhv və yeddi breyk-pointdən ikisi reallaşdırılmışdı.
Qeyd edək ki, Avstraliya Açıq — 2026 finalında Karlos Alkaras Novak Cokoviç (Serbiya) və Yannik Sinner (İtaliya) yarımfinal matçının qalibi ilə qarşılaşacaq.
Almaz Həsənli


































































.jpg)
.jpg)
.jpg)


















