"Real" Çempionlar Liqasında "Monako"nu darmadağın etdi

"Real" Çempionlar Liqasında "Monako"nu darmadağın etdi

10:57
Bəyəndim (3) Bəyənmədim (0)


Madrid "Real"ı Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunun ev oyununda "Monako"ya böyük hesabla qalib gəlib.
Oxuməni.az xəbər verir ki, Madriddə keçirilən görüş 6:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Kilian Mbappe dubl edib, Vinisius, Franko Mastantuono və Cud Bellingem hərəyə bir qol vurub, qonaqların müdafiəçisi Tilo Kerer isə avtoqol müəllifi olub. "Monako"nun yeganə qolunu Yordan Teze vurub.
"Real" 11 xal toplayaraq turnir cədvəlində ikinci yerdə qərarlaşıb və lider "Arsenal"dan altı xal geri qalır. "Monako" (9) 20-ci pilləyə düşüb.
Günün digər oyununda Fransa təmsilçisi "PSJ" səfərdə Portuqaliya "Sportinq"inə 1:2 hesabı ilə uduzub. Turnirin hazırkı çempionu "PSJ" son dörd oyunda dörd xal toplayıb və beşinci yerdədir (13 xal).
Dünənki oyun gününün digər matçlarının nəticələri:
"İnter" (Milan) — "Arsenal" (London) — 1:3
"Tottenhem Hotspur" (London) — "Borussiya" (Dortmund) — 2:0
"Olimpiakos" (Pirey) — "Bayer" (Leverkuzen) — 2:0
"Vilyarreal" (Vilyarreal) — "Ayaks" (Amsterdam) — 1:2
"Kopenhagen" (Kopenhagen) — "Napoli" (Neapol) — 1:1
Xatıladaq ki, bu gün Bakıda Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə qarşılaşacaq.
Almaz Həsənli