Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”ı qəbul edir

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”ı qəbul edir

10:17
Bəyəndim (2) Bəyənmədim (0)


Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin 7-ci tur matçını keçirəcək.
Oxuməni.az xəbər verir ki, Azərbaycan təmsilçisi Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə qarşılaşacaq.
Matç Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq. Matçı baş hakim Sandro Şererin başçılıq etdiyi İsveçrə hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, "köhlənlər" növbəti matçını 29 yanvarda İngiltərənin "Liverpul" klubuna qarşı səfərdə keçirəcək.
Əvvəlki matçlarda "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyanın "Benfika" (3:2), Danimarkanın "Kopenhagen" (2:0), İspaniyanın "Atletik" (1:3), İngiltərənin "Çelsi" (2:2), İtaliyanın "Napoli" (0:2) və Niderlandın "Ayaks" (2:4) klubları ilə qarşılaşıb. Hazırda Ağdam təmsilçisi 7 xalla ümumi cədvəldə 25-ci yerdədir, "Ayntraxt" (Frankfurt) isə 4 xalla 33-cü yerdə qərarlaşıb.
Almaz Həsənli