Seneqal millisi ikinci dəfə Afrika Millətlər Kubokunun qalibi oldu
Seneqal millisi Afrika Millətlər Kubokunun finalında Mərakeş komandasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub etdi. Turnir Mərakeşdə keçirilib.
94-cü dəqiqədə qolu Pap Geye vurub.
Oxuməni.az-ın məlumatına görə, ikinci hissəyə əlavə olunmuş vaxtda video baxışdan sonra Seneqal oyunçularının qolu ləğv edilib. Daha sonra video baxışdan sonra Seneqal millisinin qapısına penalti təyin edilib. Seneqal millisinin baş məşqçisi Pap Tiav etiraz əlaməti olaraq komandanın futbolçularını meydandan çıxarıb. 15 dəqiqə sonra seneqallılar meydana qayıdıb, komandanın qapıçısı Eduard Mendi Braim Diasın 11 metrlik zərbəsindən sonra topu tutub.
Üçüncü yer uğrunda oyunda Nigeriya millisi Misir komandasını məğlub edib (0:0, penaltilər seriyasında 4:2). Turnirin bombardiri 5 qol vuran Dias olub.
Seneqal millisi Afrika Millətlər Kubokunu ikinci dəfə qazanıb. Seneqallılar ilk dəfə 2021-ci ildə qalib gəliblər. Mərakeş millisi turniri 1976-cı ildə qazanmışdı.
Afrika Millətlər Kuboku iki ildən bir keçirilir. Əvvəlki turnirin qalibi Kot-d'İvuar millisi olub. Növbəti Afrika Millətlər Kuboku 2027-ci ildə Keniya, Tanzaniya və Uqandada keçiriləcək.
Almaz Həsənli

.jpg)





































































.jpg)
.jpg)
.jpg)


















