Rodriqo Bekao "Fənərbaxça"dan "İnternasional"a keçməyə yaxındır

Rodriqo Bekao "Fənərbaxça"dan "İnternasional"a keçməyə yaxındır

12:12
Bəyəndim (0) Bəyənmədim (0)

"Fənərbaxça"nın müdafiəçisi Rodriqo Bekao karyerasını Braziliyanın "İnternasional" klubunda davam etdirə bilər. Bu məlumatı jurnalist Ekrem Konur sosial mediada paylaşıb.

Mənbənin məlumatına görə, oyunçu artıq Braziliya klubu ilə şəxsi müqaviləsinin şərtləri ilə bağlı razılığa gəlib. Transferin mümkün səbəbinin oyunçunun Türkiyə komandasında əsas heyətdəki yerini itirməsi və karyera vəziyyətini dəyişdirmək istəyi olduğu deyilir. "İnternasional"dan əlavə, Bekao ilə "Fluminense", "Grêmio" və bir neçə İtaliya Seriyası A klubu da maraqlanır.

Müdafiəçinin "Fənərbaxça" ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt"a görə, onun hazırkı bazar dəyəri 3 milyon avro olaraq qiymətləndirilir.

Əziz MUSTAFA