"Barselona" İspaniya Super Kubokunun finalında "Real Madrid"i məğlub edərək unikal rekorda imza atıb
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İspaniya Super Kubokunun final oyunu keçirilib. "Barselona" "Real Madrid"lə qarşılaşıb. Katalonlar gərgin keçən mübarizədə 3-2 hesabı ilə qalib gəliblər. Oyunda hesabı Rafinya 36-cı dəqiqədə açıb. Birinci hissəyə əlavə edilmiş vaxtda Vinisius Junior bərabərlik qolunu vurub. Robert Levandovski tezliklə ev sahibi komandaya yenidən üstünlük qazandırdı, lakin Qonzalo Qarsiya dərhal hesabı bərabərləşdirdi. Rafinya 73-cü dəqiqədə qələbə qolunu vururaq komandasına superkuboku qazandırıb.
"Barselona"nın İspaniya Super Kubokunda 3-2 hesablı qələbəsi sadəcə növbəti kubok deyil, tarixi bir qələbə idi. Opta-ya görə, katalonlar tarixlərində ilk dəfə "Real" Madridə qarşı ardıcıl üç final qazanıblar. Buraya iki İspaniya Super Kuboku və dramatik bir Kral Kuboku finalı daxildir.
"Bu, klubumuz üçün inanılmaz bir nailiyyətdir. Hal-hazırda ən böyük rəqiblərimizi həlledici matçlarda məğlub edərək tarix yaradırıq. Hansi Flikin sisteminə inandıq və "Barselona"nın finalların kraliçası olduğunu sübut etdik", - qarışıq zonada tamamilə parlaq olan və müsahibələr verən Barsa yarımmüdafiəçisi Pedri deyib.
Ciddədəki matçın son illərdə Klassikoda Barsanın dominantlığını möhkəmləndirib.
Əziz MUSTAFA
























































.jpg)


.jpg-1-1.jpg)

.jpg)


























