"Real" İspaniya Superkubokunun yarımfinalında "Atletiko"nu məğlub etdi

"Real" İspaniya Superkubokunun yarımfinalında "Atletiko"nu məğlub etdi

9 Yanvar 12:45
Bəyəndim (3) Bəyənmədim (0)


Madrid "Real"ı İspaniya Superkubokunun yarımfinalında Madrid "Atletiko"sunu məğlub edib.
Oxuməni.az xəbər verir ki, cümə axşamı Səudiyyə Ərəbistanında keçirilən görüş "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Kral klubu"nun heyətində qolları Federiko Valverde və Rodriqo vurub, "matrasçılar"ın heyətində isə Aleksander Sörlot fərqlənib.
"Real" yanvarın 11-də İspaniya Superkubokunun finalında "Barselona" ilə qarşılaşacaq.
Tarixində katalon klubu 15 dəfə, Madrid komandası isə 13 dəfə bu kuboku qazanıb. Son üç ildə də "Real" və "Barselona" Superkubok uğrunda həlledici matçda qarşılaşıblar.
Almaz Həsənli