BOK 2026-cı il Olimpiya Oyunları zamanı Rusiya bayrağının istifadəsini qadağan edib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2026-cı il Olimpiya Oyunlarında Rusiya bayrağının və ölkənin digər simvollarının istifadəsini qadağan edib. Bu barədə SverigesRadiosuna göndərilən məktubda məlumat verilib.
Qadağan həm idmançılara, həm də stadionlardakı azarkeşlərə şamil edilir.
SverigesRadio BOK-un məktubundan sitat gətirir: "Rusiya bayrağı və Rusiya ilə əlaqəli digər simvollar Milan və Kortina d'Ampezzo Olimpiya Oyunlarında qadağan ediləcək".
Xatırladaq ki, Tur de Ski-də 10 km məsafəyə qaçışdan sonra keçirilən mükafatlandırma mərasimində Rusiya bayrağı daşıyan azarkeşlər stadiona peyda olublar. İdmançının özü yarışda dördüncü yeri tutub.
Əziz MUSTAFA
Digər xəbərlər





























.jpg)


.jpg-1-1.jpg)

.jpg)






















































