Boks üzrə keçmiş dünya çempionu Coşua qəzaya düşüb, iki nəfər həlak olub

Boks üzrə keçmiş dünya çempionu Coşua qəzaya düşüb, iki nəfər həlak olub

11:35
Bəyəndim (2) Bəyənmədim (0)


Ağır çəkidə WBA, WBO, IBF versiyaları üzrə keçmiş dünya çempionu, britaniyalı Entoni Coşua Nigeriyada yol-nəqliyyat hadisəsinə düşüb. Oxuməni.az xəbər verir ki, yerli "Punch" nəşrinin məlumatına görə, qəza nəticəsində iki nəfər həlak olub.
Hadisə bazar ertəsi Lagos-İbadan sürətli yolunun bir hissəsində baş verib. Coşuanın olduğu "Lexus" markalı yolsuzluq avtomobili dayanmış yük maşını ilə toqquşub. Bildirilir ki, sürücünün arxasında əyləşən 36 yaşlı boksçu yüngül xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə şahidinin sözlərinə görə, qəzada iki nəfər həlak olub: sürücünün yanında əyləşən sərnişin və Coşuanın yanında arxada əyləşən şəxs. Digər zərərçəkənlər xəstəxanaya aparılıb.
Yerli polisin komissarı hadisə ilə bağlı istintaqın başlandığını bildirib.
Olimpiya çempionu Coşua dekabrın 19-da Mayamidə amerikalı bloqer Ceyk Polu məğlub edib. Peşəkar rinqdə onun ümumilikdə 29 qələbəsi və dörd məğlubiyyəti var.
Almaz Həsənli