Kənan Yıldız  Del Pyeronun rekordunu təzələyib

Kənan Yıldız Del Pyeronun rekordunu təzələyib

15:11
Bəyəndim (1) Bəyənmədim (0)

"Yuventus" hücumçusu Kənan Yıldız "Pize"nin qapısına qol vuraraq Seriya A-nın 17-ci turunda Turin klubunun 2-0 hesablı qələbəsini təmin etdi. Oyun zamanı cəmi 20 yaş 238 günlük olan gənc hücumçu komanda üçün 15-ci qolunu vurdu.

Bu, onu 21 yaşına çatmamışdan əvvəl "Yuventus"un bütün zamanların ən çox qol vuran oyunçusu kimi Alessandro Del Pyero ilə eyni səviyyəyə gətirir.

Bu mövsüm Yıldızın doqquz qol və səkkiz məhsuldar ötürməsi var. Son beş Seriya A matçında Kənan beş qol vurub, "Yuventus" dörd qələbə qazanıb.

Əziz Mustafa